ENERJİ DOLDURMA STANSİYALARI

DAHA TƏMİZ VƏ YAŞIL DÜNYAYA DOĞRU

 

Təhlükəsiz, ağıllı və etibarlı elektrikləşdirmə sahəsində liderlik edən məhsullar yaradan ABB şirkəti, öz 130-illik təcrübəsinə əsaslanaraq, elektrik nəqliyyat infrastrukturu texnologiyalarını təqdim edir. ABB-nin AC və DC enerji doldurma stansiyaların portfoliosu hazırda dünyanın aparıcı elektrik nəqliyyat vasitələrinin doldurma infrastrukturudur və bu gün ağıllı və davamlı mobilliyin gələcəyini təmin edir. Magistral yollardan tutmuş şəxsi evlərdəki qurğulara qədər enerji doldurma infrastrukturunu təmin edən ABB hibrid avtobuslarını, elektrik avtobuslarını, elektrik avtomobillərini doldurmaq üçün nəzərdə tutulmuş modelləri təklif edir.

TERRA 54 – ZAMANLA SINANMIŞ VƏ ETİBARLI

Terra 54 hamısı-birində elektrik avtomobili doldurma stansiyasıdır. Terra 54 hazırda yolda olan bütün CHAdeMO, CCS və Type 2 AC avtomobilləri ilə uyğun gəlir. Bu şarj cihazı bütün bu avtomobillərə yolda xidmət göstərmək üçün ideal seçimdir. Adətən, doldurma vaxtları 15 - 30 dəqiqə arasında dəyişir. Stansiyanın yenilənmiş dizaynı onun istifadəsini və etibarlılığını artırır. Bütün enerji doldurma stansiyaları  uzaqdan monitorinq, diaqnostika, statistika və proqram təminatının təkmilləşdirilməsinə imkan verən inteqrasiya olunmuş Qoşulmuş Xidmətlərlə (Connected Services) təmin edilir.

 

Zəhmət olmasa aşağıdakı formu doldurun.Qısa zamanda sizinlə əlaqə saxlayacağıq.