
ZƏİF AXIN XİDMƏTLƏRİMİZ
İndiki zamanda, demək olar ki, hər bir yaşayış, ofis, sənaye binalarında, eləcə də ticarət mərkəzlərində, mağazalarda, fitnes mərkəzlərində, kinoteatrlarda, restoranlarda – bir sözlə, insanların yaşadığı, işlədiyi, əyləndiyi və istirahət etdiyi bir çox yerlərdə - zəif axın xətləri mövcuddur. Qısaca təsəvvür etsək, zəif axın şəbəkələrə televiziya və internet, telefon və domofon, təhlükəsizlik və yanğın siqnalizasiyaları, strukturlaşdırılmış kabel sistemləri aiddir. Bəzən bu şəbəkələri sinir sistemi ilə müqayisə edirlər. Müasir binalar üçün bu düzgün bir müqayisədir, çünkü zəif axın xətləri olmasa nə xarici aləmlə əlaqə, nə də normal çalışan təhlükəsizlik sistemləri mövcud olar. MLK TECH GROUP olaraq, layihələndirmədən başlayaraq tam təhvil mərhələsinə qədər zəif axın sistemlərin quraşdırılması üzrə hərtərəfli fəaliyyət göstəririk. İşimizdə yüksək keyfiyyətə, komandamızda isə peşəkarlıq və innovativliyə önəm veririk.
ZƏİF AXIN XİDMƏTLƏRİMİZ
- Yanğın aşkarlama və siqnalizasiya sistemləri;
- Qaz sızıntısını aşkar edən sistemlər;
- Təhlükəsizlik siqnalizasiya sistemləri;
- CCTV/Qapalı dövrə təhlükəsizlik və sənaye kamera sistemləri;
- Girişə nəzarət sistemləri;
- Kart giriş sistemləri;
- Səsli evakuasiya (PA) sistemləri;
- Fon musiqi sistemi;
- Peyk və master TV sistemləri;
- Telefon sistemləri;
- Məlumat sistemləri;
- Konfrans zalı sistemləri;