Ağıllı ev sistemi nədir?

Ağıllı ev sistemi işıq, HVAC, təhlükəsizlik (yanğın aşkarlama, qaz sızıntısı, həyəcan siqnal sistemləri və s.) kimi sistemlərinin uzaqdan monitorinqini və idarə edilməsini təmin etmək üçün bir-biri ilə əlaqəli cihazlardan istifadə edən bir sistemdir.

Ağıllı evlər və binalarda və ya bir başqa deyişlə ev və binaların avtomatlaşdırılmasıda təməl olaraq bir-bir ilə xəbərləşən cihazların yerləşdirilməsi ilə yaradılan sistemlərin ən vacib xüsusiyyəti sistemi xarakterizə edən xəbərləşmə protokolu və data mübadiləsi mühitidir.

Dünya üzrə qəbul görmüş və standartlaşdırılmış protokollar davamlılıq, artan rəqabət,  birlikdə işləyəbilmək, fərqli istehsalçıların cihazlarının birlikdə işləyə bilməsi və s. kimi səbəblərə görə ayrı-ayrı istehsalçılara aid olan və sadəcə öz məhsullarında istifadəyə yararlı hesab edilən protokollara görə əhəmiyyətli üstünlüklərə malikdirlər.

Bu səbəbdən KNX protokolu ilk rəsmi ev və bina avtomatlaşdırılması standartı olması ilə yanaşı, dünya üzrə istehsal və istifadəsinin çoxluğu ilə seçilir.

Ev və bina avtomatlaşdırılmasının faydaları, qarşıya çıxan çətinliklər

Ev avtomatlaşdırılması ilə bağlı ilk fikirlər 1940-cı illərdə gələcək layihələr kimi yarmarkalarda, məqalələrdə və romanlarda formalaşmışdır.

İlk real işlər isə 1970-ci illərin əvvəllərində işıqlandırılma sisteminin avtomatlaşdırılması və kiçik cihazların idarə edilməsi ilə başlamışdır. İlk başlarda ağıllı ev və binalar istifadə rahatlığı və təhlükəsizlik məqsədlərinə görə planlaşdırılsa da, 1980-ci illərdən sonra neft böhranı, qlobal istiləşmə kimi anlayışların yaranması, enerjidən daha səmərəli istifadə edən və qənaəti təmin edən avtomatlaşdırma sistemlərinin əhəmiyyəti artmışdır.

Bina avtomatlaşdırılmasında enerjidən səmərəli istifadə təhlükəsizlik qədər vacib xüsusiyyət olsa da, son 20 ildə hər bir ev üzrə enerji istifadəsinin enerji istehlakındakı payının sürətli şəkildə artımı onun istifadə səmərəliliyini artıran ev avtomatlaşdırılması sistemlərinin istifadəsini təşviq edir. Enerjidən səmərəli istifadəyə 3 təməl amillə nail olmaq olar:

  • Texnoloji imkanları baxımından daha effektiv cihazların istifadəsi;
  • Cihazların istifadə edilmə üsulları;
  • Enerjini daha az istehlak edən cihazların istifadəsi.

Son iki maddə istehlakçıların vərdişləri və istifadə üsulları ilə əlaqəli olduğuna görə burada avtomatlaşdırma sistemlərinin əhəmiyyəti artır. Tədqiqatlar göstərir ki, avtomatlaşdırma texnologiyasından və istifadə olunan mühitdən asılı olaraq 50%-dək qənaət etmək mümkündür.

Ev və bina avtomatlaşdırılmasının faydalarını aşağıdakı şəkildə yazmaq olar:

  • Rahatlığı, asan istifadə, zamana qənaət;
  • Təhlükəsizlik;
  • Enerji qənaəti;

İstifadəçilər ev avtomatlaşdırılmasının təmin etdiyi imkanlar ilə daha rahat həyata asan şəkildə nail ola bilərlər. Tək düyməyə toxunmaqla evin idarə edilməsini öz istəklərinə görə konfiqurasiya etmək mümkün olacaqdır.

Külək əsdikdə kölgəliklərin bağlanması, günəş işığına görə işiqlandırılmanın tənzimlənməsi, hər otaq üçün fərqli ssenarilərin qurulması, yatmaq, söhbət etmək, TV-ə baxmaq üçün arzu olunan şəraitin yaradılması kimi xüsusiyyətlər istifadəçiləri istədikləri rahatlıq ilə təmin edəcək və onlara özlərinə və ailələrinə daha çox vaxt ayırmaq üçün imkan verəcəkdir.

oluşturulması gibi özellikler kullanıcılara istedikleri konforu sağlayacağı gibi, kendilerine ve ailelerine daha fazla zaman ayırmasına imkan verir.

Ağıllı evlər daha təhlükəsizdir. İnsanlar evdə olmadıqda belə yazılmış ssenarilərlə sanki evdə olduqları təəssüratını yaradaraq və həyəcan siqnalları ilə oğurluq hallarının qarşısını almaq mümkündür. Eyni zamanda sistemlər uzaqdan idarə edilə bilər və alarmlar uzaqdan qəbul edilə bilər.

Bir çox hallarda şüursuz istifadə və laqeydlik səbəbindən enerji itkisi qaçınılmaz olur. Ağıllı binalar dinamik HVAC, işıqlandırma və cihazların idarə edilməsi ilə enerji qənaətini optimallaşdırmaq üçün konfiqurasiya edilə bilər.

Ağıllı ev sistemlərinin tətbiqində aşağıdakı çətinliklərin aradan qaldırılması sistemlərdən istifadəni daha əlçatan və rahat etmişdir:

  1. Qarşılıqlı fəaliyyət göstərmə qabiliyyəti: Ağıllı bina texnologiyaları müxtəlif istehsalçıların məhsullarını eyni mühitdə harmonik şəkildə istifadə etmək üçün nəzərdə tutmuş və kifayət qədər məhsul müxtəlifliyini təmin etmişdir. Bunun üçün açıq standartlar çox vacibdir.
  2. Sistemə yeni cihaz əlavə etmək: Sistemə yeni cihaz əlavə etmək asandır.
  3. İstifadəçi İnterfeysləri: Ağıllı ev sistemində istifadə ediləcək cihazlar istifadəçilərin asan və rahat istifadə edə bilməsi üçün dizayn edilmişdir.
  4. Qoşulacaq cihazların sayı: Sistemə qoşula bilən cihazların sayı kiçik miqyaslı sistemdən böyük miqyaslı sistemə qədər quraşdırmaları dəstəkləyə bilir.
  5. Batareya Gücü: Simsiz sistemlərlə yaradılan ağıllı ev sistemlərində cihazların batareya istehlakı uzun müddət batareyanın dəyişdirilməsini tələb etməyəcək qədər aşağı olması təmin edilir.

 

KNX Avtomatlaşdırma Sistemi

KNX ağıllı evlərin avtomatlaşdırılması və binaya nəzarət üçün beynəlxalq səviyyədə tanınmış və dünya standartıdır. KNX istənilən yaşayış, kommersiya və ya sənaye binasının HVAC, işıqlandırma sistemləri, multimedia, təhlükəsizlik, enerji idarəetməsi kimi inteqrasiya olunmuş funksiyalarının avtomatlaşdırılmasına nəzarət edən avtomatlaşdırma sistemi texnologiyasıdır.

KNX cihazları işıqlandırma, jalüzlər və panjurlar, HVAC, təhlükəsizlik sistemləri, enerji idarəetməsi, audio video, displeylər, uzaqdan idarəetmə və s. sistemləri idarə edə bilir.

KNX ev və bina avtomatlaşdırılması üçün dünyada yeganə açıq standartdır və EN 50090, EN 13321-1 və ISO/IEC 14543-ə uyğundur. O, 300-dən çox müxtəlif istehsalçının məhsulları ilə işləyə bilir.

KNX necə işləyir?

KNX bus xətti bütün avtomatlaşdırma cihazlarının bir-biri ilə məlumat mübadiləsinə imkan verən əsas mərkəzi sinir sistemidir. Yeni tikinti və ya təmir layihəsi zamanı siz mövcud elektrik infrastrukturunuzu ənənəvi elektrik təchizatına əlavə olaraq quraşdırılmış yaşıl bus kabeli ilə KNX avtomatlaşdırma sisteminə uyğunlaşdıra bilərsiniz.

KNX enerji xərclərini necə azaldır?

Ağıllı evlər və binalar üçün KNX sistemləri nəinki daha yaxşı idarəetmə və daha çox rahatlıq təklif edir, həm də KNX bus sisteminə qoşulmuş istənilən cihazın iş parametrlərini daim izləmək və tənzimləməklə enerji xərclərini əhəmiyyətli dərəcədə azaldır.