Tez-tez verilən suallar

Ağıllı ev sistemləri

Ağıllı ev sistemi haqqında ətraflı məlumat verə bilərsinizmi ?

Ağıllı ev sistemləri evinizdə olan bütün cihazların cihazların, texnika və kommunikasiyaların(işıqlandırma, havalandırma, istilik və s.) bir yerdən idarəedilməsini təmin edən avtomatlaşdırılmış bir sistemdir. Ətraflı məlumat üçün Ağıllı ev sistemləri səhifəmizə keçid edə bilərsiniz.

Ağıllı ev sistemlərinin qiyməti neçəyədir ?

Ağıllı ev sisteminin qiyməti bir neçə amildən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişə bilər. Bu amillərə evinizin ümumi sahəsi, avtomatlaşdırmaq istədiyiniz xüsusi qurğular və ya sistemlər və tələb edə biləcəyiniz hər hansı əlavə fərdiləşdirmə daxildir. Sizə dəqiq bir qiymətləndirmə təqdim etmək üçün mütəxəssislərimizdən biri ilə məsləhətləşmənizi tövsiyə edirik.
Bununla da komandamız evinizin unikal ehtiyaclarını qiymətləndirəcək, seçimlərinizi müzakirə edəcək və istədiyiniz avtomatlaşdırma səviyyəsini anlayacaq. Bu, bizə sizin tələblərinizə uyğunlaşdırılmış fərdi həll təqdim etməyə imkan verəcək.

Təmirli evlərə inteqrasiya etmək mümkündürmü ?

Ağıllı ev sistemlərini təmirli evlərə də inteqrasiya etmək mümkündür. Biz çox hallarda müştərilərə məsləhət görürük ki, ağıllı ev sistemləri xidmətinə müraciət edərkən tikinti prosesinin yekunlaşmamış olmasına diqqət etsinlər.
Lakin əksər hallarda təmir-tikinti işləri yekunlaşmış layihlərdə də bir neçə sökmə-yenidən qurma işləri aparmaqla ağıllı ev sistemlərini quraşdırmaq mümkün olur.
Daha dəqiq cavab verə bilməyimiz üçün evinizin ümumi sahəsi, strukturu və eyni zamanda hansı ağıllı ev sistemini evinizin hansı hissəsində istədiyinizdən əmin olmalıyıq.

Yeni layihəniz var ?Bu gün başlayınGəlin danışaqƏlaqə saxlayın

Ətraflı məlumat almaq üçün satış komandamızla və ya şirkət nömrəsi ilə əlaqə yarada bilərsiniz
Əlaqə